brokkoli sorbasi-1Ərzaqlar: (4 nəfərlik):

Tərəvəz və ya toyuq bulyonu – 1 litr
Düyü – 1/3 st.
Dəfnə yarpağı – 2 əd.
Bir neçə dənəvər qara istiot
Baş soğan – yarım əd.
Kartof – 2 əd.
Yerkökü – 1 əd.
Brokkoli – 250 q.
Sarımsaq – 1 diş
Cəfəri qurusu – 1 x.q.
Duz

Hazırlanması:

Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. Duz, dəfnə yarpağı, istiot, doğranmış sarımsaq və baş soğanın yarısını əlavə edin (bəziləri soğanı sevmirlər, o zaman soğanı doğramayın, şorbaya bütöv əlavə edin, bişdikdən sonra çıxarın).

Yerkökü və kartofu dördkünc doğrayın. Brokkolinin çiçəklərini ayırın. Tərəvəzləri bulyona əlavə edin. 20 dəqiqə, qazanın qapağı bağlı olmaqla vam odda bişirin. Tərəvəzlər yumşalınca şorba hazır olur.

Sonra cəfəri qurusu səpib ocaqdan götürün.


loading...