evbazari-logo

Basdırma kabab – Qafqaz xalqları arasında ən populyar olub, qoyun, dana, ceyran, ayı və s. ətdən hazırlanan yemək növü.

Ərzaqlar

Adambaşına

* 300 qr mal əti (can əti)
* 1 baş soğan (yarısı basdırma üçün)
* 15 qr nar yaxud 10 qr üzüm sirkəsi
* 5 qr kərə yağı
* 10 qr cəfəri
* habelə tam üçün istiot və duz

Hazırlanma qaydası

Basdırma kabab üçün mal əti (can əti) təxminən 35 – 40 qr – lıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3 – 4 saat ərzində soyuq yerdə saxlanılır.

Lazım gəldikdə ət tikələri şişə taxılır və doğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür. Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə doğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

http://www.metbex.net/wp-content/uploads/2011/03/basdirma-kabab-2.jpg



Reklam

Dostlarınla paylaş