Dadlı ruletin daha bir resepti.

Ərzaqlar:

Xəmir üçün:

3 ədəd yumurta

1 x.q. şəkər tozu

0,5 banka qatılaşdırılmış süd

1 ç.q. qabartma tozu

100 qram kərə yağı və ya marqarin

4-6 x.q. un

Iç üçün:

1 banka qatılaşdırılmış süd

qoz ləpəsi

Şirə üçün:

100 qram şokolad

2-3 x.q. süd

1 x.q. kərə yağı

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Yumurtaları sındırıb, üzərinə şəkər tozu əlavə edib, yaxşıca çalın. Sonra üzərinə qatılaşdırılmış süd əlavə edib, yenidən mikserlə çalmağa davam edin. Sonra üzərinə un və kərə yağı əlavə edib, qarışdırın.

Bişirmək üçün xüsusi forma qabına perqament kağızı sərib və yaxud yağlayandan sonra xəmiri tökərək, bərabər şəkildə yayın.

Xəmiri 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin. Bişmiş korjun üzərinə qatılaşdırılmış süd tökərək, bərabər şəkildə yayın. Sonra üzərinə doğranılmış qoz ləpəsi səpin.

Korju rulet şəklində büküb, soyumaq üçün kənara qoyun.

Şirə hazırlamaq üçün: əridilmiş şokoladın üzərinə süd və kərə yağı əlavə edib, yaxşıca qarışdırın. Şirəni soyumaq üçün kənara qoyun.

Sonra ruletin üzərinə şirəni çəkib, qoz ləpəsi ilə bəzəyin. Nuş olsun!



Reklam

Dostlarınla paylaş