Ərzaqlar:
125 qr yumşaq kərə yağı
250 qr kəsmik
500 qr un
2 yumurta
1 paket vanil
1 paket qabartma tozu
duz
200 qr şəkər tozu
Hazırlanma qaydası:
Otaq temperaturunda yumşalmış kərə yağını kəsmiklə qarışdırırıq.Üzərinə 30 qr şəkər tozu,vanil və yumurtaları əlavə edirik.Sonra unu qabartma tozu ilə qarışdırıb bu kütlənin üzərinə ələyirik və əlimizlə yumşaq xəmir yoğururuq.Xəmiri 20 dəq yoğururuq.Üç kündəyə bölürük və 30 dəq soyuducuya qoyuruq.Sonra çıxardıb yayırıq 10 mm qalınlığında.Yaydığımız xəmirdən dairələr kəsirik və bu dairələrin bir üzünü şəkərə batırıb qatlayırıq yenə bir üzünü şəkərə batırırıq qatlayırıq.Axırda bir üzünü şəkərə batırıb,şəkərli tərəfi yuxarı olmaq şərtilə yağlı kağız sərilmiş listə düzürük.Öncədən qızdırılmış sobada 190 dərəcədə üstü qızaranadək bişir.


loading...