Səhərlər sevdiyiniz yaxınlarınızı bu reseptle hazırlanmış oladilərin nəfis qoxusu ilə yuxudan oyandırmağınızı məsləhət görürük.
Ərzaqlar:
220 ml qatıq,1 yumurta,60 qr şəkər tozu,0.6 qr soda,200 qr un,vanil.
Hazırlanma qaydası:
Yumurta şəkər tozu ilə çalınır.Sonra qatıq və unu,vanili əlavə edib qarışdırırıq.Bu qarışıma soda töküb xamadan azca qatı olan xəmir alırıq.Tavaya duru yağ əlavə edirik və xəmirdən qaşıqla götürüb orta atəştə yavaş yavaş qızardırıq.Yəni qazın xodunu artırmırıq.Orta atəşdə qızardırıq.Süfrəyə verəndə yanında bal da qoymaq olar.Nuş olsun!


loading...