Hörmətli metbex.net izləyiciləri sizinlə həm asan həm də hər büdcəyə uyğun tez hazırlanan “kartof kotleti”yeməyini paylaşmaq istəyirik.
Kartof kotleti üçün lazım olan ərzaqlar:
*kartof qaynadılmış 5 ədəd
*soğan 1 ədəd
*keşniş-şüyüd hərəsindən 1 dəstə
*un 2x/q
*yumurta 1 ədəd
*bitki yağı qızartmaq üçün
*duz-istiot zövqə görə

Hazırlanması:Qaynadılmış soyuq kartofları əzib püre halına gətiririk,duz-istiot,un,doğranmış göyərti,yumurta,xırda doğranmış soğanı əlavə edib qarışdırırıq.Yuvarlayıb dağ olunmuş yağda qızardırıq.Nuş olsun!


loading...