Ərzaqlar:
5 ədəd yumurta
250 qr toz şəkər
50 ml isti su
60 qr bitki yağı
1 paket qabartma tozu
300 qr un
Şərbəti üçün:
600 ml süd
400 qr qaymaq
1x/q toz şəkər
Qlazur üçün:
1 armudu st toz şəkər
90 qr qaymaq
2x/q kərə yağı(300)

Hazırlanma qaydası:
Böyük bir qabda yumurta,toz şəkər və isti suyu 7-8 dəq çırpırıq.Bitki yağını töküb qarışdırırıq.Ən son qabartma tozu qarışmış unu əlavə edib eyni istiqamətdə qarışdırırıq ehmalca.Sonra bu kütləni yağlanmış sobada bişirmək üçün lazım olan şüşə dörtkünc qaba töküb öncədən qızdırılmış 175 dərəcə sobada 40-45 dəq bişiririk.Bişəndən sonra çıxardıb qıraqda soyuduruq.
Şərbətin hazırlanması:
Bir qazana şərbət üçün lazım olan ərzaqları qoyuruq.Ocaqda qarışdıraraq qızdırırıq ancaq qaynatmırıq.
Kənarda soyutduğumuz biskvitimizin üzərini diş çöpü ilə deşirik və soyuq şərbəti gəzdiririk biskvitin üzərinə.Tamamən şərbəti canına çəkdikdən sonra biskviti soyuducuya qoyuruq.
Qlazurun hazırlanması:
Bir tavaya şəkəri tökürük,orta atəşdə yandırmadan qarışdıraraq əridirik,qaymağı yavaş-yavaş əlavə edirik.Kərə yağını töküb ocaqdan götürürük.Sonra biskviti soyuducudan çıxardıb qlazuru tökürük biskvitin üzərinə.
Nuş olsun!


loading...