Hörmətli izləyicilər,sizinlə Cücə Sousunu paylaşmaq istərdik.Toyuq əti yüngül həzm olunan ərzaqlardan biridir.Hələ körpə təzə böyümüş cücənin əti və bulyonu daha ləzzətli olur,xüsusən kənd çolpasının dadını ləzzətini hamı dadmış və dadından doymamışdır.Sizinlə toyuq ətinin faydaları haqqında danışmaq istərdim. Kalsium və fosfor baxımından zəngin olmağı ilə sümükləri gücləndirməyə köməkçi olur.
Sink baxımından zəngin olmağı ilə testesteron hormonlarının daha yaxşı işini təmin edir. Bu səbəblə xüsusilə kişilərə çox faydalıdır.
Mütəxəssislər içində sink olan yeməklərin cinsi gücü artırdığını vurğulayır.
6 vitamini ehtiva edir. Bu sayədə infarkt riskini azaldır.
Hüceyrələrin yenilənməsini və inkişafını təmin edər.
Selenyum baxımından olduqca zəngindir. Selenyum artritten qoruyar, tiroid hormonlarını nizamlar, dəri qırışıqlığını önləyər, saçlara sağlamlıq verər.
İstiotlu toyuq şorbası soyuqdəymə üçün ən güclü silahdır .
Xolesterolu təşkil edici təsiriylə bilinən niyasin ehtiva edər.
Saxladığı niyasin eyni zamanda xərçəngdən qorunmağa köməkçi olar və yaddaşı gücləndirərək Alzheimer(yaddaş pozğunluğu) riskini azaldar.
İmmunitet sistemini gücləndirir.
Sinirləri yatırdar.
Zülal baxımından zəngin, yağ baxımından kasıbdır. Bu səbəblə də pəhriz yeməklərinin padşahıdır.
Toyuq alarkən kənd çolpası almağa fikir verin) etibarlı yerlərdən almağa diqqət yetirilməlidir. Verdiyi sağlamlığı itirməmək üçün yağda qızartmadan, qaynadılmış, sobalanmış və ya qızartma şəklində istehlak etmənizdə fayda var.İndi isə keçək yeməyimizə.
Ərzaqlar:
600 qr kartof
2 baş soğan
1 kənd cücəsi
duz-istiot
70 qr ərinmiş kərə yağı

Hazırlanması:
Əvvəlcə kartoflar və soğanlar qovrulur, sonra qazana kərə yağı töküb soğanı qovururuq, soğan qovrulduqdan sonra kartofları dogruyub soğanın üstünə tökürük, bu zamanda da ətimiz qaynayır.sonra qaynamağa yaxınkən (çox qaynamağa qoymuruq),kartofların üstünə tökürük. üzərinə bir az su töküb bişməyə qoyuruq.Zövqə görə tomat və ya pomidor da əlavə etmək olar.
Nuş olsun!


loading...