Ərzaqlar:
250 qr kərə yağı
3 ədəd yumurta
100 qr bitki yağı
250 qr toz şəkər
300 qr cəviz
1 paket vanil
10 qr qabartma tozu
170 qr nişasta
700 qr un
üzərinə şəkər kirşanı
Hazırlanması:
Öncə un nişasta və qabartma tozu xaric bütün ərzaqlar 20 dəq qarışdırılır.Sonra qabartma tozu qarışdırılmış unu,nişastanı kütlənin üzərinə ələyib özünü tutana kimi xəmir yoğrulur.Sonra rulet kimi bükürük xəmiri və stəkan yardımı ilə ay formasında kəsirik.Yağlı kağız sərilmiş kağızın üzərinə düzürük.Öncədən qızdırılmış sobada 180 dərəcədə azca qızarana qədər bişiririk.Soyuyunca üzərinə şəkər kirşanı səpilir.


loading...