baliq haqqindaTəzə balığı necə seçməliyik?

Təzə balığı ilk növbədə gözlərinə diqqət etməklə seçə bilərsiniz. Balığın gözü aydın, qara və şəffaf olmalıdır. Əgər az da olsa bulanıqlıq varsa almağınız məsləhət deyil. Təzə balığın üstü hamar və bərk olmalıdır. Barmağınızı basdıqda batıq əmələ gəlirsə demək balıq təzə deyil. Pulcuqlar parıltılı və balığın dərisinə sıx düzülmüş olmalıdır. Qəlsəmələri qırmızı olan balığı seçməniz daha düzgün olar. Balığın quyruğuna diqqət etməyi yaddan çıxarmayın. Quyruq hamar və nəm olmalıdır. Balığı onu hazırlayacağınız gün alın.

Balığa dad verən əlavələri tanıyın

Əsində bu sizin zövqünüzdən asılıdır. Amma bir neçə əsas qaydalar mütləqdir. Əgər müxtəlif göyərti, yağ, duz və ədavalardan istifadə etsəniz, yeni dad əldə edəcəksiniz. Klassik sous reseptləri balıq yeməkləri üçün əvəzolunmazdır.

Zeytun yağı

İstənilən balıq yeməyinə əlavə edə bilərsiniz. Məsələn balığın filesini yuyub, onu hər tərəfli zeytun yağına batırıb qızartsanız, daha yaxşı qızartı əldə edəcəksiniz.

Limon

Limon suyu ilə balığın artıq yağını azaltmış olacaqsınız. Eləcə də sedradan (qurudulmuş limon qabığı) istifadə etsəniz balığa xüsusi dad vermiş olacaqsınız.

Ətirli bitkilər

Qara zirə, rozmarin, yaşıl sarımsaq, qaraqınıq, mərzə, nanə, cəfəri, şüyüd və s. kimi bitkilər əsl balıq yeməkləri üçüdür. Onları sousa, balığın özünə və yaxud balıq paştetinə əlavə edə bilərsiniz.

Duz

Ən əsası da balığa ləziz dad verən ətirli duz… Bunu özünüz də hazırlaya bilərsiniz:

-iri dəniz duzu, rozmarin və portağal sedrasını blendorda toz halına gətirin;

-limon sedrası, qara istiot, iri duzu eyni qaydada blendorda tozlaşdırın;

-toz halında olan lavanda çiçəyi ilə iri dəniz duzunu qarışdırın və 7 dəq gözləyin.

Faydaları

Balığın tərkibində orqanizm üçün vacib olan vitamin toplusu var. Xüsusən zülal və omeqa-3 yağı ilə zəngindir. Bu maddələr mədədə tez həzm olunur, qana çox effektiv işləyir, ürək və beyin fəaliyyətini yaxşılaşdırır. Omeqa-3 orqanizmin qocalmasının qarşısını alan ən güclü antioksidlərdən biridir. Balıq yağından ekzema (dəri xəstəliyi), astma, əsəb xəstəlikləri, diabet, psoriaz və s. kimi xəstəlikərin müalicəsində geniş istifadə olunur.


loading...