zogal murebbesiƏrzaqlar:

Zoğal – 1 kq.

Şəkər tozu – 1,5 kq.

Su – 2 st.

istəyə bağlı limon turşusu

Hazırlanması:

Ağ zoğal mürəbbəsi də qırmızı zoğal kimi bişirilir, sadəcə, diqqətli olmaq lazımdır ki, zoğalın rəngi dəyişib, tündləşməsin. 1 kq. zoğal üçün 1,5 kq. şəkər tozu və 2 stəkan su götürülür. Zoğallar bütöv və ya çəyirdəyi çıxarılaraq bişirilə bilər.

Şəkər tozuna 2 stəkan su töküb, şərbət hazırlayın. Şərbətin yarısını zoğalların üzərinə töküb, 20 dəqiqə bişirin. Odun üzərindən götürüb, 5 saat kənarda saxlayın. İkinci bişirmədə qalan şirəni də əlavə edirsiniz. Zoğalın hazır olmasını şirədən və zoğalın yumşalmasından bilmək olar. Hazır olmağa az qalmış azca limon turşusu qatmaq məsləhətdir.


loading...